Narkotacirlərə qarşı əməliyyat: 19 nəfər saxlanılıb

Ötən gün polis tərəfindən keçirilən əməliyyat nəticəsində ölkənin müxtəlif rayonlarında narkotik vasitələrinin qanunsuz dövriyyəsi ilə məşğul olan 19 nəfər saxlanılıb. Bu barədə Daxili İşlər Nazirliyindən 16 avqust tarixində məlumat verilib.

Zaqatalada keçirilən əməliyyat nəticəsində iki nəfər saxlanılıb. Onların evlərindən 10 kiloqramdan artıq marixuana aşkar edilərək götürülüb.

Lənkəranda narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan 11 nəfər saxlanılıb. Onların üzərindən hazır bükümlərdə heroin, metamfetamin və elektron tərəzilər aşkarlanaraq götürülüb.

Hacıqabulda keçirilən tədbirlər zamanı daha dörd nəfər saxlanılıb. Onların üzərində heroin və marixuana aşkarlanıb.

Kürdəmirdə narkotik maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olan rayon sakini saxlanılıb. Onun üzərindən “patı” və heroin aşkar edilərək götürülüb.

Beyləqanda keçirilən əməliyyat nəticəsində bir nəfər saxlanılıb. Onun üzərindən “patı” və elektron tərəzi aşkar edilərək götürülüb.

Şərhlər idarə olunur. Düzgün və səmimi yazın.

0 replies on “Narkotacirlərə qarşı əməliyyat: 19 nəfər saxlanılıb”

Tövsiyə xəbərlər