TÖVSİYƏ XƏBƏRLƏR

Narkotik alıb-satan şəxslər saxlanılıb

Xarici ölkə vətəndaşından onlayn yolla narkotik alıb satışını həyata keçirən şəxslər saxlanılıb. Bu barədə Report 8 yanvar tarixində Daxili İşlər Nazirliyinə istinadən məlumat verib.

Məlumatda bildirilib ki, keçirilən əməliyyat-axtarış zamanı 2,5 kiloqram qurudulmuş marixuana, 205 qram heroin, 352 qram tiryək, 100 qram metamfetamin (“patı”) və 79 ədəd metadon həbləri aşkarlanıb.

Faktla bağlı cinayət işi başlanılıb.