Narkotikin təsiri altında avtomobil idarə edən Masallı sakini barədə tədbir görülüb

Narkotikin təsiri altında avtomobil idarə edən Masallı sakini barədə tədbir görülüb

Masallı sakini sürücülük hüququndan məhrum edilib. Bu barədə İnsanoid DİN-ə istinadən bu gün, 24 yanvar tarixində xəbər verir.

Masallı şəhəri ərazisində hərəkətdə olan “VAZ-2106” markalı avtomobilin sürücüsü qayda pozuntusuna yol verdiyi üçün Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən saxlanılıb. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupundan verilən məlumata görə, həmin nəqliyyat vasitəsini idarə edən Masallı rayon sakini E.Ağayevin narkotik vasitə qəbul etməsinə dair şübhələr yarandığından onun tibbi müayinədən keçirilməsi təmin edilib.

Müayinənin nəticəsinə əsasən, E.Ağayevin nəqliyyat vasitəsini narkotik vasitənin təsiri altında idarə etdiyi məlum olub.

Həmin şəxs barəsində toplanmış material hüquqi qiymət verilməsi üçün Masallı Rayon Məhkəməsinə göndərilib.Sözügedən inzibati xətanı il ərzində təkrar  törətdiyi üçün məhkəmənin qərarı ilə E.Ağayev sürücülük hüququ 2 il müddətində məhdudlaşdırılmaqla cərimə olunub.

Şərhlər idarə olunur. Düzgün və səmimi yazın.
guest
0 şərhlər
Inline Feedbacks
Bütün şərhlər
Tövsiyə xəbərlər
0
Rəy bildirinx