TÖVSİYƏ XƏBƏRLƏR

Narkotikin təsiri altında olan avtobus sürücüsü saxlanılıb

Bakıda narkotik maddənin təsiri altında avtobus idarə edən sürücü saxlanılıb. Bu haqda iyunun 28-də DİN-dən məlumat verilib.

Belə ki, Sulutəpə qəsəbəsindən paytaxt istiqamətində hərəkət edən “MİDİBUS” markalı avtobusun sürücüsü Rəşad Nəcəfov YPX əməkdaşları tərəfindən saxlanılıb.

Sürücünün hərəkətləri şübhə doğurduğundan o, tibbi müayinədən keçirilib. Onun narkotik maddə qəbul etməsi müəyyən edilib və o, narkotik istifadəçisi olduğunu etiraf edib.

Sürücü nəqliyyat vasitəsini idarə etmək hüququndan 2 il müddətinə məhrum edilib və 15 gün müddətində həbs edilib.

guest
0 şərhlər
Inline Feedbacks
Bütün şərhlər
0
Rəy bildirinx