Naxçıvan-Gəncə-Naxçıvan istiqaməti üzrə ilk uçuş həyata keçirilib. Reys Rusiyada fəaliyyət göstərən İRAERO aviaşirkəti tərəfindən baş tutub. Bu haqda APA sentyabrın 16-da məlumat verib.
Müddəti 40 dəqiqə olan bu reys həftədə 1 dəfə cümə axşamı yerinə yetiriləcək. Naxçıvandan uçuş 16:10-da, Gəncədən isə 18:00-da baş tutacaq.
Vətəndaşlar biletləri Naxçıvan şəhərində və Ordubad rayonunda yerləşən aviakassalardan əldə edə bilərlər.
Şərhlər idarə olunur. Düzgün və səmimi yazın.