Naxçıvanın sabiq daxili işlər naziri 11 illik azadlıqdan məhrum edilib

Naxçıvanın sabiq daxili işlər naziri Əhməd Əhmədov 11 il müddətinə azadlıqdan məhrum edilib. Bu barədə Report sentyabrın 24-də məlumat yayıb.

Onun cəzaçəkmə müddətinin əvvəli 25 fevral 2021-ci il tarixdən hesablanıb.

İstintaqda təqsirləndirilən şəxsin vətəndaşlardan 9 milyon manatdan çox rüşvət aldığı müəyyən edilib. O, həmçinin işlədiyi quruma 5 129 105 manat dəyərində maddi ziyan vurub.

Bununla yanaşı, Əhmədovun “daxili xidmət generalmayoru”, “polis general-leytenantı”, “generalleytenant” rütbələrindən məhrum edilməsi üçün müvafiq orqana təqdimat göndərilib. Həmçinin onun “Azərbaycan Bayrağı” ordeninin geri aılnması gözlənilir.

Sabiq nazir hökmdən narazı qaldığı üçün Naxçıvanın Hərbi Məhkəməsinə müraciət edib, lakin onun şikayəti təmin edilməyib.

Əhməd Əhmədov 2000-2017-ci illərdə Naxçıvanın daxili işlər naziri vəzifəsində çalışıb. O, 2017-ci il 9 mart tarixində prokurorluq əməkdaşları tərəfindən saxlanılıb. Məhkum barəsində “mənimsəmə və ya israf etmə”, “vəzifə səlahiyyətlərindən sui-istifadə”, “rüşvət alma” və “vəzifə səlahiyyətlərini aşma” maddələri ilə ittiham irəli sürülüb.

Şərhlər idarə olunur. Düzgün və səmimi yazın.

0 replies on “Naxçıvanın sabiq daxili işlər naziri 11 illik azadlıqdan məhrum edilib”

Tövsiyə xəbərlər