Naxçıvandan Türkiyəyə keçən avtomobildə külli miqdarda psixotrop maddə aşkarlanıb

Avqustun 19-da Dövlət Gömrük Komitəsindən verilən məlumata görə, Naxçıvan-Türkiyə sərhəddində “DAF” markalı avtomobil saxlanılıb. Şahtaxtı gömrük-sərhəd buraxılış məntəqəsində Türkiyə vətəndaşının idarə etdiyi avtomobilə gömrük baxışı keçirilib.

Yoxlama zamanı nəqliyyat vasitəsinin yanacaq çənində, xüsusi olaraq hazırlanmış gizli saxlanc yerində 191 litrə qədər maye halında psixotrop maddə – metamfetamin aşkarlanıb.

Faktla bağlı qaçaqmalçılıq maddəsi ilə cinayət işi açılıb.

Cari ilin iyun və iyul ayları ərzində Dövlət Sərhəd Xidməti tərəfindən ümumilikdə 239 kiloqramdan çox narkotik vasitə, 920 ədəd narkotik tərkibli və 150 ədəd güclü təsirli dərman preparatları qanunsuz dövriyyədən çıxarılıb.

Şərhlər idarə olunur. Düzgün və səmimi yazın.

0 replies on “Naxçıvandan Türkiyəyə keçən avtomobildə külli miqdarda psixotrop maddə aşkarlanıb”

Tövsiyə xəbərlər