Naxçıvan Muxtar Respublikası (MR) Ali Məclisinin işdən çıxarılan şöbə və sektor müdirlərinə yeni vəzifələr verilib. Bu barədə Report 14 yanvar tarixində məlumat verib.
Ali Məclis Aparatının Humanitar siyasət məsələləri və ictimai təşkilatlarla iş şöbəsinin sabiq müdiri Emin Məmmədov muxtar respublikanın Təhsil Nazirliyində məsləhətçi vəzifəsinə təyin edilib.
Qurumun Qəbul sektorunun keçmiş müdiri Rəşad Əhmədov isə bundan sonra fəaliyyətini Naxçıvanın Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində davam etdirəcək. Ona nazirlikdə məsləhətçi vəzifəsi həvalə olunub.