TÖVSİYƏ XƏBƏRLƏR

Naxçıvan: bir ailənin 5 üzvü dəm qazından zəhərlənib

Naxçıvan şəhərində bir ailənin 5 üzvü dəm qazından zəhərlənib. Bu barədə 19 oktyabr tarxində APA məlumat verib.

Hadisə şəhərin Atabəylər məhəlləsində qeydə alınıb.

Bir ailənin 5 üzvünün dəm qazından zəhərləndiyi barədə 103 xidmətinə məlumat daxil olub.

Naxçıvan şəhər sakinləri – 1978-ci il təvəllüdlü Talıbov Əhməd Nadir oğlu, 1993-cü il təvəllüdlü Talıbova Qumral Ülfət qızı, 2012-ci il təvəllüdlü Talıbova Aysu Əhməd qızı, 2013-cü il təvəllüdlü Talıbova Zərifə Əhməd qızı və 2017-ci il təvəllüdlü Talıbov Turan Əhməd oğlu təcili olaraq Naxçıvan Muxtar Respublika Xəstəxanasına yerləşdiriliblər.

Onların vəziyyətinin normal olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.