2022-ci ildə Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondunun yığım hesabına 132 milyon 776 min 400 manat vəsait daxil olub, proqnoz göstərici 115,2% icra edilib. Bu barədə 14 yanvar tarixində Report məlumat verib.
Məlumata əsasən, ötən il Fondun büdcə xərcləri 203 milyon 34 min 126 manat təşkil edib.
Fondun 2022-ci il üzrə xərclərinin 97,9%-i pensiya və müavinətin ödənilməsinə xərclənib.
Məlumata görə, Naxçıvan DSMF-nin 2022-ci ilin büdcəsində 34 milyon 152 min manat vəsait qalıq qalıb. Bu vəsait 2023-cü ilin büdcəsinə daxil edilib.