Naxçıvan şəhər Poliklinikasının Baş həkimi Səadət İbrahimova tutduğu vəzifədən azad edilib. Bu barədə Report 22 may tarixində xəbər verib.
Muxtar respublikanın səhiyyə nazirinin birinci müavini, nazir vəzifəsini icra edən Samiq Sadıxovun imzaladığı əmrlə həmin vəzifəyə Ləman İbrahimova təyin edilib.
1978-ci il təvəllüdlü Ləman İbrahimova Azərbaycan Tibb Universitetinin məzunu, həkim-kardioloqdur.