Naxçıvan şəhərinin içməli su problemi həll olunur. Bu barədə 3 fevral tarixində Report məlumat verib.
Bu sahənin yenilənməsinə 2023-cü ilin yanvar ayından ayrılan vəsait hesabına Naxçıvan Şəhər Su-Kanalizasiya İdarəsi tərəfindən kirəcli suyun filtrasiyası üçün nəzərdə tutulmuş “Waterland” şirkətinə məxsus 864 ədəd membranlar alınaraq quraşdırılmasına başlanılıb.
Proses bir həftə davam edəcək. Sonra vaxtı keçmiş bütün membranlar dəyişdirilərək əhaliyə kirəcdən təmizlənmiş su veriləcək.
Qeyd edək ki, bir neçə ildir membran və sutəmizləyici filtrlər alınıb vaxtlı-vaxtında dəyişdirilmədiyindən Naxçıvan şəhər sakinləri içməli suyun keyfiyyətindən narazılıq edirdilər.