Avqustun 11-də Sədərək rayonunun Heydərabad, Kəlbəcər rayonunun Zəylik, Gədəbəy rayonunun Qalakənd, Qaravəllər və Zamanlı yaşayış məntəqələri istiqamətində Azərbaycan mövqeləri Ermənistan tərəfindən atəşə tutulub. Bu barədə Müdafiə Nazirliyi məlumat verib.
Həlak olan və yaralanan yoxdur.
Qarşı tərəf cavab atəşi ilə susdurulub.
Şərhlər idarə olunur. Düzgün və səmimi yazın.