Naxçıvana avtobus reyslərinin sayı artırılıb. Bu barədə 22 sentyabr tarixində Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) məlumat yayıb.
Azərbaycan-İran Birgə Komissiyasının Bakıda keçirilən iclasında Bakı-Naxçıvan-Bakı müntəzəm avtobus reyslərinin gündəlik hər iki tərəfdən 6-ya çatdırılması ilə bağlı razılıq əldə olunub.
“Bakı-Naxçıvan-Bakı” müntəzəm avtobus marşrutu üzrə hazırda Azərbaycan və İran daşıyıcıları tərəfindən gündə 3 reys həyata keçirilir.