Ölkə daxilində istehsal edilən benzinlərin və dizel yanacağının satış məntəqələrindən daşıyıcılar tərəfindən Naxçıvana daşınmasına təchizat tarifinin yuxarı həddindən artıq çəkilən xərclərin qarşılanması üçün subsidiya veriləcək. Bu barədə avqustun 24-də Baş nazir Qərar imzalayıb.
Bunun üçün dövlət büdcəsindən 5 milyon manat vəsait ayrılıb.
Bu Qərar 2022-ci il sentyabrın 1-dən qüvvəyə minir.