Naxçıvanın Babək rayonunda 10 yaşlı uşağı avtomobil vurub. Bu barədə 5 sentyabr tarixində APA xəbər verib.
Rayonun Badaşqan kəndində 10 yaşlı kənd sakini Ziya Mehdizadəni yolu keçərkən avtomobil vurub.
Yaralı təcili olaraq Naxçıvan Muxtar Respublika Xəstəxanasına yerləşdirilib. Onun vəziyyəti orta ağır qiymətləndirilir.
Faktla bağlı araşdırma aparılır.