Naxçıvanda 20 Yanvar şəhidləri yad edilib

Naxçıvanda 20 Yanvar şəhidləri yad edilib

Muxtar respublikada da qəhrəman şəhidlərimizin müqəddəs xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Bu barədə Report 20 yanvar tarixində məlumat verib.

Hüzn əlaməti olaraq, dövlət bayraqları yarıyadək endirilib, sərnişinlərin, nəqliyyatın hərəkəti bir dəqiqəlik dayandırılıb.

Qanlı Yanvar faciəsinin 33-cü ildönümü ilə əlaqədar muxtar respublikanın şəhər və rayonlarında şəhidlərin xatirəsi anılır, 20 Yanvar hadisələri ilə bağlı anım mərasimləri keçirilir.

Yanvarın 20-də səhər saatlarından başlayaraq Naxçıvan şəhərindəki Şəhidlər xiyabanını və Vətən müharibəsində şəhid olan qəhrəmanların məzarlarını ziyarət edən insanlar şəhidlərin xatirəsini ehtiramla anır, məzarları üzərinə tər güllər düzürlər.

Şərhlər idarə olunur. Düzgün və səmimi yazın.
guest
0 şərhlər
Inline Feedbacks
Bütün şərhlər
Tövsiyə xəbərlər
0
Rəy bildirinx