TÖVSİYƏ XƏBƏRLƏR

Naxçıvanda 8 ayda istehlakçılara 462 min manat ƏDV məbləği geri qaytarılıb

Bu ilin yanvar-avqust aylarında Naxçıvan Muxtar Respublikasında “ƏDV geri al” layihəsi çərçivəsində istehlakçılara 462,4 min manatdan çox, təkcə avqust ayında isə 88,7 min manat ƏDV məbləği geri qaytarılıb.

Bu barədə 16 sentyabr tarixində Dövlət Vergi Xidməti xəbər verib.

Məlumata görə, yanvarla müqayisədə avqustda istehlakçılara qaytarılan məbləğ 4,2 dəfə artıb.

Bu il sentyabrın 1-nə muxtar respublikada 1 937 ədəd yeni nəsil nəzarət-kassa aparatı quraşdırılıb. 8 ay ərzində belə aparatlar vasitəsilə qeydə alınan dövriyyə 125 milyon manatdan çox olub.

guest
0 şərhlər
Inline Feedbacks
Bütün şərhlər
0
Rəy bildirinx