Naxçıvanda avtomobil 86 yaşlı qadını vurub. Bu barədə 12 sentyabr tarixində APA xəbər verir.
Hadisə şəhərin 2-ci mikrorayon ərazisində baş verib. Naxçıvan şəhər sakini 86 yaşlı Nərgiz Əliyeva yolu keçərkən onu avtomobil vurub.
Yaralı Naxçıvan Muxtar Respublika Xəstəxanasının Travmatologiya şöbəsinə yerləşdirilib. Onun vəziyyətinin orta ağır olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.