Naxçıvan Muxtar Respublikasında nağdsız əməliyyatlara görə əlavə dəyər vergisinin qaytarılması məbləği 17,5 %-ə qaldırılıb. Bu barədə İnsanoid Report-a istinadən bu gün 19 yanvar tarixində xəbər verir.
Naxçıvan bürosu xəbər verir ki, bu göstərici nağdsız əməliyyatlara görə 15 %-dən 17,5 %-ə qaldırılıb.
Nağd əməliyyatlara görə isə 10 %-dən 5 %-ə endirilib.
Naxçıvan Muxtar Respublikasında ötən ilin dekabr ayından pərakəndə ticarət və ya iaşə obyektlərində yeni nəsil nəzarət kassa aparatlarının quraşdırılması ilə paralel olaraq, alınmış mallara görə ödənilən ƏDV-nin bir hissəsinin geri qaytarılması prosesinə başlanılıb.
Bu qaydalar supermarket və digər pərakəndə ticarət obyektləri, restoran və kafelərdən alınmış mallara görə ödənilən ƏDV-nin bir hissəsinin qaytarılması üçün tətbiq edilir. Yanacaqdoldurma məntəqələrindən neft və qaz məhsullarının alışı zamanı ödənilən ƏDV, həmçinin 2022-ci il oktyabrın 1-dən etibarən istehlakçılar tərəfindən alınmış alkoqollu içkilərə və tütün məmulatlarına münasibətdə ƏDV geri qaytarılmır.
Şərhlər idarə olunur. Düzgün və səmimi yazın.