TÖVSİYƏ XƏBƏRLƏR

Naxçıvanda Ali Məclisin sessiyası çağırılıb

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin birinci müavini Azər Zeynalov yanvarın 6-da Ali Məclisin doqquzuncu sessiyasının çağırılması haqqında Qərar imzalayıb. Bu barədə İnsanoid NUHÇIXAN İnformasiya Agentliyinə istinadən bu gün, 7 yanvar tarixində xəbər verir.

Qərarda deyilir:

“Naxçıvan Muxtar Respublikası Konstitusiyasının 18-ci maddəsinin I hissəsini rəhbər tutaraq Naxçıvan Muxtar Respublikasının Ali Məclisi qərara alır:

  1. Altıncı çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin doqquzuncu sessiyası 2023-cü il yanvar ayının 10-da saat 11:00-da Naxçıvan şəhərində çağırılsın.
  2. Sessiyanın müzakirəsinə aşağıdakı məsələlər verilsin:
  3. 2022-ci ildə Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafının yekunları;
  4. Naxçıvan Muxtar Respublikasının 2023-cü il büdcəsinin təsdiq edilməsi;
  5. Dövlət sosial müdafiə fondunun 2023-cü il büdcəsinin təsdiq edilməsi;
  6. İşsizlikdən sığorta fondunun 2023-cü il büdcəsinin təsdiq edilməsi.

III. Sessiyanın iclasına aidiyyəti təşkilatların rəhbərləri və dövlət mətbuat orqanlarının nümayəndələri dəvət olunurlar”.

guest
0 şərhlər
Inline Feedbacks
Bütün şərhlər
0
Rəy bildirinx