Axşam saatlarında Şahbuz rayonunun Şada kəndində 2 nəfər dəm qazından zəhərlənib. Bu barədə 22 yanvar taixində APA məlumat verib.
Kənd sakinləri – Allahverdi Məmmədov və Solmaz Məmmədova dəm qazının sızması nəticəsində zəhərləniblər.
Naxçıvan Muxtar Respublika Xəstəxanasına çatdırılan zərərçəkənlərdən Allahverdi Məmmədovun həyatını xilas etmək mümkün olmayıb. S.Məmmədovanın müalicəsi xəstəxananın reanimasiya şöbəsində davam edir.
Faktla bağla araşdırma aparılır.
Şərhlər idarə olunur. Düzgün və səmimi yazın.