Naxçıvanda bıçaqlanma hadisəsi baş verib. Bu barədə İnsanoid bu gün, 31 avqust tarixində Report-a istinadən xəbər verir.
Babək rayonunun Cəhri qəsəbəsi sakini Zakir Əliyev boğaz nahiyəsindən bıçaq xəsarəti alıb.
Yaralı xəstəxanaya yerləşdirilib. Onun vəziyyəti ağır qiymətləndirilir.
Z. Əliyevə xəsarət yetirməkdə Süsaməddin Tağıyev şübhəli bilinir.
Faktla bağlı araşdırmalar aparılır.