Əlahiddə Ümumqoşun Ordunun hərbi qulluqçuları və Heydər Əliyev adına Hərbi Liseyin kursantları Naxçıvanda hərbi yürüş keçiriblər. Bu barədə Report 4 noyabr tarixində xəbər verib.
Yürüş Azərbaycan Prezidenti Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin Prezident seçilməsinin 20 illiyi ilə əlaqədar baş tutub.
Hərbi qulluqçular orkestrin müşayiəti ilə Naxçıvan şəhərinin mərkəzi küçələrində hərbi vətənpərvərlik ruhunda marşlar və şüarlar səsləndiriblər.
Yürüş izləyənlər tərəfindən böyük maraqla qarşılanıb.