Ölkə ərazisində ən yüksək tempratur Naxçıvanda qeydə alınıb. Bu barədə İnsanoid Milli Hidrometeorologiya Xidmətinə istinadən bu gün, 12 sentyabr tarixində xəbər verir.
Sentyabrın 12-si saat 18:00-a olan məlumatına əsasən, Daşkəsən, Göygöl, Naftalan, Şəmkir, Ceyrançöl, Tovuz, Balakən, Şəki, Qax, İsmayıllı, Altıağac, Quba, Qusar, Mingəçevir, Yevlax, Göyçay, Zərdab, Kürdəmir, Biləsuvar, Yardımlı, Bakıda və Abşeron yarımadasında arabir leysan xarakterli yağış yağıb.
Daşkəsən, Göygöl, Balakən, Şəki, Qax, Göyçayda duman müşahidə olunub.
Bakıda və Abşeron yarımadasında 22 dərəcəyədək, Naxçıvan MR-da 26 dərəcəyədək, Aran rayonlarında 23 dərəcəyədək, dağlıq rayonlarda 11 dərəcəyədək isti qeydə alınıb.