TÖVSİYƏ XƏBƏRLƏR

Naxçıvanda içkili motosikletçi qəza törədib

Naxçıvan şəhərində yol-nəqliyyat hadisəsi baş verib. Bu barədə Naxçıvan Tv-yə istinadən İnsanoid 6 yanvar tarixində məlumat verir.

Şəhərin Azərbaycan məhəlləsi və Qaraçux kəndi istiqamətində, dairəvi yolun kəsişməsində motosiklet sürücüsü Asim Məmmədov yol hərəkəti qaydasının tələblərini pozaraq, Hüseynov Niyaməddin Yusif oğluna məxsus “Nissan Sunny” markalı minik avtomobili ilə toqquşub.

Araşdırmalara görə, hadisəyə səbəb Asim Məmmədovun içkili olması və yol hərəkəti qaydasının tələblərini pozması olub.

Müxtəlif dərəcəli bədən xəsarətləri alan Asim Məmmədov təcili tibbi yardım avtomobili ilə xəstəxanaya aparılıb.

Faktla bağlı araşdırma aparılır.

guest
0 şərhlər
Inline Feedbacks
Bütün şərhlər
0
Rəy bildirinx