TÖVSİYƏ XƏBƏRLƏR

Naxçıvanda internetin verilişində fasilələr olacaq

Naxçıvan şəhərində internet və rabitə xidmətlərinin verilişində müvəqqəti fasilələr yaranacaq. Bu barədə İnsanoid Naxçıvan Muxtar Respublikası Rabitə və Yeni Texnologiyalar Nazirliyinin mətbuat xidmətinə istinadən bu gün, 12 sentyabr tarixində xəbər verir.

Nazirlikdən yerli bürosuna verilən məlumata görə, Naxçıvan Muxtar Respublikası Rabitə və Yeni Texnologiyalar Nazirliyi Naxçıvan şəhərində sentyabrın 13-ü saat 00:00-dan 04:00-dək təxirəsalınmaz zəruri təmir işləri həyata keçirəcək.

Təmir işləri görülən müddətdə Naxçıvan şəhərində internet və rabitə xidmətlərinin verilişində müvəqqəti fasilələr yarana bilər.

 

guest
0 şərhlər
Inline Feedbacks
Bütün şərhlər
0
Rəy bildirinx