TÖVSİYƏ XƏBƏRLƏR

Naxçıvanda KOB dostları fəaliyyətə başlayıb

Naxçıvan Muxtar Respublikasında sahibkarlara göstərilən xidmətlərin yaxşılaşdırılması və effektivliyinin artırılması, bu sahədə operativliyin və rahatlığın təmin olunması üçün müxtəlif rayonlarda KOB dostları fəaliyyətə başlayıb. Bunu Nахçıvаnın iqtisаdiyyat nаziri Tapdıq Əliyev iş adamlarının iştirakı ilə keçirilən tədbirdə bildirib.

Bu barədə 26 oktyabr tarixində Report məlumat verib.

O qeyd edib ki, yerli KOB İnkişaf Mərkəzi bu ilin aprel ayından etibarən KOB-lərin ehtiyaclarına uyğun biznes təlimlər təşkil edir, praktiki məsləhət xidmətləri göstərir.

“Biznes mühitini daha da yaxşılaşdıran yollardan biri də sahibkarlara icazə və lisenziyaların vahid mərkəzdən verilməsidir. Hazırda lisenziyaları İqtisadiyyat Nazirliyi “ASAN xidmət” vasitəsilə verir. Bu dövrdə 54 lisenziya verilib və dövlət büdcəsinə 60 min manatdan çox vəsait daxil olub”, – deyə nazir əlavə edib.