Flash Xəbərlər

Flash Xəbərlər

TÖVSİYƏ XƏBƏRLƏR

Naxçıvanda lotereya adı altında qadınları aldatmaqda şübhəli bilinən şəxslər saxlanılıblar

Naxçıvanda lotereya adı altında qadınları aldatmaqda şübhəli bilinən şəxslər saxlanılıblar. Bu barədə 30 yanvar tarixində Report məlumat verib.

Naxçıvan şəhər və Şahbuz rayonu ərazilərində məişət əşyalarını aldatma yolu ilə dəyərindən baha qiymətə lotereya uduşu adı altında satmağa çalışan şəxslər müəyyən ediliblər.

Şamaxı rayon sakinləri – Səfər Əsədov və Namiq Əsədov saxlanılıblar.

Onların həmin ərazilərdə tanımadıqları həyətlərə girərək, əsasən, qadınlara lotereya uduşu adı ilə 30-50 manatlıq məişət əşyalarını 100-500 manata satdıqları aşkarlanıb.

“Onların əməllərindən zərər çəkən başqa şəxslər varsa, polisə müraciət etmələri tövsiyə olunur”, – məlumatda qeyd olunub.

Faktla bağlı araşdırmalar davam edir.

guest
0 şərhlər
Inline Feedbacks
Bütün şərhlər
0
Rəy bildirinx