TÖVSİYƏ XƏBƏRLƏR

Naxçıvanda magistral su xəttində qəza olub: suyun verilişi dayandırılıb

Naxçıvanda magistral su xəttində qəza baş verib. Bu barədə 14 sentyabr tarixində Report xəbər verib.

Qəza şəhərin 3-cü mikrorayon ərazisindəki Babək küçəsində baş verib. Qəzaya səbəb qaynaq birləşmələrinin keyfiyyətsiz olması olub.

Hadisə nəticəsində 3-cü mikrorayon ərazisinə suyun verilişi dayandırılıb.

Naxçıvan Şəhər Su-Kanalizasiya İdarəsinin əməkdaşları hadisə yerinə gələrək təmir işlərinə başlayıblar.

Suyun verilişinin axşam saatlarında bərpa ediləcəyi gözlənilir.

guest
0 şərhlər
Inline Feedbacks
Bütün şərhlər
0
Rəy bildirinx