Naxçıvanda Heydər Əliyev adına tam orta məktəbin direktoru Elmira Həsənova işdən çıxarılıb. Bu barədə İnsanoid bu gün, oktyabrın 20-də Report-a istinadən xəbər verir.
Naxçıvan Muxtar Respublikası təhsil nazirinin müavini, nazir vəzifələrinin müvəqqəti icraçısı Elxan Nəcəfovun imzaladığı əmrə əsasəm direktor vəzifəsi müvəqqəti olaraq, məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini Həsənov Həsən Məmməd oğluna həvalə olunub.