Naxçıvanda 29 yaşlı qadının yaşadığı evə basqın edilib. Bu haqda 10 fevral tarixində Lent.az məlumat verib.
Hadisə Babək rayonunun Vayxır kəndində qeydə alınıb. 2 naməlum şəxs 29 yaşlı Qaratel Abbasovanın yaşadığı evə basqın ediblər. Onlar qadını evinin həyətində döyüblər, daha sonra bıçaqla öldürəcəkləri ilə hədələyiblər. Zərərçəkmiş bununla bağlı polisə müraciət edib.
Faktla bağlı araşdırma aparılır.