Naxçıvanda qanunsuz ov edən şəxslər saxlanılıblar. Bu barədə 24 fevral tarixində Report.az məlumat verib.
Çalxanqala kəndi ərazisində qanunsuz ovla məşğul olan kənd sakinləri V.Ağaməmmədov, O.Xudaquliyev, Ş.Ağaməmmədov və A.Ağaməmmədov saxlanılıblar. Onlardan qanunsuz saxlanılan “İJ-18”, “Cifsa” və “TOZ-63” markalı 4 ov tüfəngi götürülüb.
V.Ağaməmmədovun idarə etdiyi “Mercedes” markalı avtomobilə baxış zamanı oradan ovladıqları 1 ədəd dağkeçisi, 4 ədəd patron və 1 ədəd patron qatarı aşkar olunaraq müsadirə olunub.
Faktla bağlı araşdırma aparılır.