Naxçıvanda qanunsuz silahlar götürülüb. Bu barədə 24 yanvar tarixində APA məlumat verib.
Belə ki, Culfa Rayon Xoşkeşin kənd sakini Xəlilzadə İslam Həbib oğlundan 1 ədəd JP-18 markalı 28 mm-lik ov tüfəngi götürülüb. Bundan əlavə, Kəngərli RPŞ-in əməkdaşları Qıvraq qəsəbə sakini Məmmədov Qalib Zeynalabdin oğlundan 1 ədəd Teksan-S-870 markalı 16 mm-lik ov tüfəngi, Şahbuz RPŞ-in əməkdaşları Şahbuz Rayon Daylaqlı kənd sakini Məmmədli Tural Allahqulu oğlundan F-99 markalı 9 mm-lik qaz tapançası aşkarlayaraq müsadirə ediblər.
Faktlarla bağlı daxili işlər orqanlarının aidiyyəti xidmətləri üzrə araşdırmalar aparılır.
Şərhlər idarə olunur. Düzgün və səmimi yazın.