TÖVSİYƏ XƏBƏRLƏR

Naxçıvanda qar yağıb – FOTO

Gecə saatlarından başlayaraq Naxçıvan Muxtar Respublikası ərazisində soyuq hava şəraiti hökm sürüb. Bu barədə APA 21 noyabr tarixində xəbər verib.

Noyabrın 20-si gecə saatlarından başlayan yağış yüksək dağlıq və dağətəyi ərazilərdə sulu qara çevrilib.

Qar daha çox Şahbuz rayonunun dağlıq kəndlərinə yağıb. Qarın hündürlüyü bu kəndlərdə 2-6 sm-ə çatıb. Eyni zamanda Culfa və Babək rayonlarının da bəzi dağlıq kəndləri ağ örpəyə bürünüb.

Naxçıvan qar
Foto APA.az saytı