TÖVSİYƏ XƏBƏRLƏR

Naxçıvanda şəhid ailələrinə, qazilərə mənzillər və avtomobillər verilib

Naxçıvanda şəhid ailələrinə, qazilərə və sağlamlıq imkanları məhdud şəxslərə mənzillər və avtomobillər təqdim olunub. Bu barədə 13 noyabr tarixində Report məlumat yayıb.

Noyabrın 13-də Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli şəhid ailəsi və qazilərlə görüşüb.

İkinci Qarabağ müharibəsinin 3 şəhidinin ailəsinə, 14 qaziyə və Çernobıl Atom Elektrik Stansiyasında baş vermiş qəzanın aradan qaldırılması zamanı sağlamlıq imkanlarını qismən itirmiş 1 nəfərə yeni mənzillərin açarları təqdim olunub, 5 qaziyə və 2 sağlamlıq imkanları məhdud şəxsə isə avtomobillər təqdim edilib.

Şəhid ailələrinə və qazilərə verilən 2 və 3 otaqlı mənzillər Naxçıvan, Ordubad, Babək, Şahbuz, Culfa şəhərlərində, eləcə də Sədərək rayonunun Heydərabad və Kəngərli rayonunun Qıvraq qəsəbələrindəki yaşayış binalarında yerləşir.