TÖVSİYƏ XƏBƏRLƏR

Naxçıvanda selin fəsadlarının aradan qaldırılmasına 23 texnika cəlb olunub – VİDEO

Ötən gün Naxçıvan şəhərinə güclü yağış yağması və dolu düşməsi bir sıra fəsadlara səbəb olub. Bu barədə 23 may tarixndə Report məlumat verib.

Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən su basmış yerlərdən suyun çəkilərək kənarlaşdırılması həyata keçirilib. Belə ki, Naxçıvan şəhəri və Babək rayonlarında 40-dan artıq fərdi yaşayış evi, 4 obyekt, 3 inzibati binada suçəkmə işləri aparılıb.

Bütün bu tapşırıqların yerinə yetirilməsinə 159 nəfər şəxsi heyət, 23 texnika cəlb olunub.

Fövqəladə Hallar Nazirliyi bir daha əhaliyə müraciət edərək sel və daşqından qorunmaq üçün sel və daşqın təhlükəli ərazilərdən uzaq durmağı, bu təhlükə ilə üzləşdikdə dərhal yaxınlıqdakı yüksəkliyə qalxmağı tövsiyə edib.

guest
0 şərhlər
Inline Feedbacks
Bütün şərhlər
0
Rəy bildirinx