TÖVSİYƏ XƏBƏRLƏR

Naxçıvanda yağışlı hava səbəbindən yol qəzası olub

Naxçıvanda yağışlı hava yol qəzasına səbəb olub. Bu barədə Report 13 sentyabr tarixində xəbər verib.

Hadisə Naxçıvan-Şahbuz magistral yolunda baş verib.

Babək rayonunun Şıxmahmud kəndində 67-BE-675 dövlət nömrə nişanlı “Hyundai İX35” markalı avtomobil idarəetmədən çıxaraq beton maneəyə çırpılıb. Qəza nəticəsində sürücü – Babək rayon Cəhri qəsəbə sakini Telman Vəliyev ağır xəsarət alıb. Onun həyat yoldaşı Südabə Vəliyeva isə  hadisə yerində ölüb.

Qəzanın yağışlı hava şəraiti ucbatından baş verdiyi bildirilir. Hadisə yerinə DYP əməkdaşları və təxliyə maşını cəlb edilib.

Faktla bağlı araşdırma aparılır.

 

guest
0 şərhlər
Inline Feedbacks
Bütün şərhlər
0
Rəy bildirinx