Şərurda yeniyetmə oğlanlar arasında dava bıçaqlanma ilə nəticələnib. Bu barədə APA 6 iyun tarixində xəbər verib.
Bu gün gecə saatlarında Şərur rayonunun Oğlanqala kəndində kənd sakinləri – 17 yaşlı Sadiq Mehdiyev, 18 yaşlı Məhəmmədəli Vəliyev, Xoşunəli Abdullayev və Şərur rayonu Dizə kənd sakini Əli Mürsəlov arasında dava düşüb.
Dava nəticəsində Əli Həsənov Sadiq Mehdiyev tərəfindən bıçaqlanıb. O, Naxçıvan Muxtar Respublika Xəstəxanasının Cərrahiyyə şöbəsinə yerləşdirilib, vəziyyəti ağırdır.
S.Mehdiyev artıq saxlanılıb.
Faktla bağlı araşdırma başlayıb.