Naxçıvan-Sədərək magistralında xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Bu barədə APA 15 sentyabr tarixində xəbər verib.
Bu gecə magistralın Duzdağ yoluna yaxın ərazisində “BYD” markalı maşının yük avtomobili ilə toqquşması nəticəsində 2-si azyaşlı olmaqla, bir ailənin 4 üzvü xəsarət alıb.
Hadisə zamanı xəsarət alan Kəngərli rayon Qıvraq qəsəbə sakinləri, 64 yaşlı Əli Quliyev, 38 yaşlı Xəyal Quliyev, 14 yaşlı Elmin Quluzadə və 13 yaşlı Emin Quluzadə Naxçıvan Muxtar Respublika Xəstəxanasına yerləşdiriliblər.
Onların ikisinin vəziyyətin orta-ağır olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.
