Naxçıvan Muxtar Respublikası Yoluxucu Xəstəliklər Mərkəzinə direktor təyin edilib. Bu barədə Report 9 sentyabr tarixində xəbər verib.
Mərkəzin direktor vəzifəsi Elçin Rəfiyevə həvalə olunub.
E.Rəfiyev Naxçıvan Muxtar Respublikası Səhiyyə müəssisələrinin Təminatı Mərkəzinin direktoru, eyni zamanda idarə heyətinin sədridir.