Naxçıvanda velosiped sürən 13 yaşlı oğlanı yük maşını vuraraq öldürüb. Bu barədə İnsanoid bu gün, 2 sentyabr tarixində Report-a istinadən xəbər verir.
Culfa rayonunun Saltaq kənd sakini Əliyev Sadiq Hüseyn oğlu velosiped sürərkən onu yük avtomobili vurub.
Ağır xəsarətlər alan uşaq xəstəxanaya aparılarkən yolda həyatını itirib.
Faktla bağlı araşdırma aparılır.