TÖVSİYƏ XƏBƏRLƏR

Naxçıvanın əmək və əhalinin sosial müdafiəsi naziri üç gün ardıcıl vətəndaş qəbulu keçirib

Naxçıvan Muxtar Respublikasının əmək və əhalinin sosial müdafiəsi naziri sakinlərlə görüşüb. Bu barədə Report 14 yanvar tarixində məlumat verib.

Nicat Babayev Babək şəhərində və Nehrəm qəsəbəsində sakinlərlə görüşüb, onların müraciətlərini dinləyib.

Nazirliyin Mətbuat xidmətindən verilən məlumata görə, görüşlər yanvarın 11-də başlayıb və üç gün davam edib.

Görüşlərdə ümumilikdə 113 rayon sakininin müraciətinə baxılıb. Yerində həll edilməsi mümkün olan müraciətlər təmin edilib. Belə ki, 5 nəfərin işlə təmin edilməsi, 9 nəfərin isə özünüməşğulluq proqramına cəlb olunması ilə bağlı müvafiq işlərə başlanılıb.

Eyni zamanda  3 nəfər əlilliyi olan şəxsə birdəfəlik maddi yardım verilməsi, 5 nəfərə isə ünvanlı dövlət sosial yardımı təyin edilməsi məqsədilə müvafiq sənədləri Əhalinin Sosial Müdafiəsi Mərkəzinə təqdim etmələri izah olunub. Ümumilikdə 24 nəfərin müraciəti yerində təmin edilib. Digər müraciətlərin isə qanunamüvafiq araşdırılmasına dair aidiyyəti üzrə tapşırıqlar verilib.

 

guest
0 şərhlər
Inline Feedbacks
Bütün şərhlər
0
Rəy bildirinx