TÖVSİYƏ XƏBƏRLƏR

Naxçıvanın deputat direktoru işdən çıxarılıb

Naxçıvan şəhər 5 nömrəli tam orta məktəbin deputat direktoru vəzifədən azad edilib. Bu barədə Report 18 sentyabr tarixində xəbər verib.

Naxçıvan Muxtar Respublikası təhsil nazirinin səlahiyyətlərini müvəqqəti icra edən təhsil nazirinin müavini Ovni Muradov əmr imzalayıb. Əmrə əsasən, məktəbin direktoru Esmira Həsən qızı Həsənova tutduğu vəzifədən azad edilib.

Esmira Həsənova 21 saylı Məzrə seçki dairəsindən Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatıdır.

Yeni tədris ilindən öncə Muxtar Respublikanın keçmiş təhsil naziri Rəhman Məmmədovun əmrinə əsasən, 10-dan çox direktor işdən azad olunub.

 

guest
0 şərhlər
Inline Feedbacks
Bütün şərhlər
0
Rəy bildirinx