Naxçıvan Muxtar Respublikasında genişzolaqlı internet şəbəkəsinin tətbiqi üçün işlər aparılır

Naxçıvanın ucqar kəndləri genişzolaqlı internet şəbəkəsi ilə təmin olunacaq

Naxçıvan Muxtar Respublikasında genişzolaqlı internet şəbəkəsinin tətbiqi üçün işlər aparılır. Bu barədə 19 yanvar tarixində Apa.az məlumat verib.

Avtomat telefon stansiyalarında tələbata uyğun sistem qurulur. Naxçıvan şəhəri ilə yanaşı, rayon mərkəzlərində və kəndlərdə də telekommunikasiya sistemlərinin qurulması, dayanıqlı rabitə və yüksəksürətli internet xidmətlərinin tətbiq olunması istiqamətində ardıcıl tədbirlər həyata keçiriir.

Naxçıvan şəhərinin Qaraxanbəyli kəndində, Culfa, Ordubad və Kəngərli rayonlarının kəndlərində avtomat telefon stansiyalarının gücü artırılıb. Sözgedən işlər digər bölgələrdə də aparılacaq.

 

Şərhlər idarə olunur. Düzgün və səmimi yazın.
guest
0 şərhlər
Inline Feedbacks
Bütün şərhlər
Tövsiyə xəbərlər
0
Rəy bildirinx