Naxçıvan MR-in mobil operatoru olan “Naxtel” MMC-nin direktoru dəyişdirilib. Bu barədə 7 iyun tarixində Report məlumat verib.
Şirkətə rəhbərlik edən Kamil Yusifov vəzifəsindən azad edilib, onun yerinə Rəşad Namazov təyin olunub.
Yeni direktor bundan əvvəl ötən ay “Naxtel”ə birləşdirilmiş “Araztech” MMC-yə rəhbərlik edib.
Xatırladaq ki, “Naxtel” 2015-ci ildə yaradılıb, Azərbaycanın sayca 4-cü, ölkənin yeganə regional mobil operatorudur. Hazırda onun nizamnamə kapitalı 1 010 manatdır.