“Bakı Bulvarının ərazisinin uzadılması planlaşdırılır. Onun uzunluğu 2040-cı ilə qədər yüksək keyfiyyətli ictimai yaşıllaşdırma ilə 25 kilometrdən çox olacaq”. Bunu ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev Bakıda keçirilən 2-ci Azərbaycan Milli Şəhərsalma Forumunda deyib.
Bu barədə 30 sentyabr tarixində APA məlumat verib.
Nazir bildirib ki, ölkə ərazisində mövcud yaşıllıqların qorunub mühafizə edilməsi, yeni yaşıllıq sahələrinin salınması ekoloji baxımdan mühüm əhəmiyyət daşıyır.