Rəqəmsal inkişaf və rabitə naziri Rəşad Nəbiyev Gürcüstanın iqtisadiyyat və davamlı inkişaf naziri Natiya Turnava ilə görüşüb. Bu barədə nazir 15 dekabr tarixində öz Twitter səhifəsində paylaşım edib.
Görüşdə iki ölkə arasında Bakı-Tbilisi-Qars dəmiryolu üzrə yükdaşımalarına əlavə yük həcminin cəlb edilməsi və rəqabət qabiliyyətli tariflərin müəyyən edilməsinə dair müzakirələr aparılıb.
Gürcüstanın iqtisadiyyat və davamlı inkişaf naziri xanım Natiya Turnava ilə görüşdük. İki ölkə arasında Bakı-Tbilisi-Qars dəmiryolu üzrə yükdaşımalarına əlavə yük həcminin cəlb edilməsi və rəqabət qabiliyyətli tariflərin müəyyən edilməsinə dair müzakirələr apardıq. pic.twitter.com/crJnpxKljR
— Rashad Nabiyev (@RashadNNabiyev) December 15, 2021