TÖVSİYƏ XƏBƏRLƏR

Nazirlik: şagirdin öz müəlliminə ən böyük hədiyyəsi ürək sözləridir

Təhsil Nazirliyi və Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) məktəblərdə 5 oktyabr – Müəllimlər Günü münasibətilə pul yığılması iddialarına münasibət bildirib. Bu barədə Report oktyabrın 4-də məlumat yayıb.

“Hər bir şagirdin öz müəlliminə səmimi ürək sözləri ən böyük hədiyyədir”, – nazirlikdən bildirilib.

Valideynləri narahat edən hər hansı bir hal olarsa Təhsil Nazirliyinin 146 “Qaynar xətt”inə və ya BŞTİ-nin 146-0 nömrəli Çağrı Mərkəzinə müraciət edə bilərlər.