Nazirlik: şənbə günləri dərslərin keçirilməsi universitetlərin öz ixtiyarındadır

“Şənbə günləri dərslərin keçirilməsi ali təhsil müəssisələrin öz ixtiyarındadır”.

Bunu jurnalistlərə açıqlamasında Təhsil Nazirliyinin rəsmisi Nicat Məmmədli sentyabrın 23-də bildirib.

O, həmçinin qeyd edib ki, universitetlərdə müəyyən qruplarda koronavirusa kütləvi yoluxma halı olsa, dərslərin dayandırılması ilə bağlı ali məktəb özü qərar verəcək.

Bununla yanaşı, Təhsil Nazirliyi çölə çıxmaların və təmasların sayının az olması üçün universitetlərə dərs saatının fasiləsiz 80 dəqiqə olmasını təklif edib.

Şərhlər idarə olunur. Düzgün və səmimi yazın.

0 replies on “Nazirlik: şənbə günləri dərslərin keçirilməsi universitetlərin öz ixtiyarındadır”

Tövsiyə xəbərlər